Futbol üzrə İtaliya A Seriyasının 29-cu turunun mərkəzi qarşılaşması keçirilib. "Olimpiko" stadionunda baş tutan görüşdə "Roma" doğma azarkeşlər önündə "Napoli" komandasını qəbul edib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Neapolluların həyətində Arek Milik (2), Dris Mertens (50), Simone Verdi (54) və Amin Younes (81) fərqləniblər. "Roma"ın həyətində isə təsəlli qola Dieqo Perotti (45) imza atıb.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Parma"-"Atalanta" - 1:3;
"Fiorentino"-"Torino" - 1:1;
"Frosinone"- SPAL - 0:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB