Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ilk turunda üz-üzə gələn təmsilçimiz Şəhriyar Məmmədyarovla rusiyalı Aleksandr Qrişuk arasındakı oyun heç-heçə yekunlaşıb. SİA-nın məlumatına görə, oyundan dərhal sonra şahmatçılar mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildiriblər.
A.Qrişuk heç-heçə ilə razı olduğunu vurğulayıb: “Biraz yorğun idim. Nəticədən razıyam. Turnirələr boyunca istirahət etmədiyimi düşünürəm. Nə qədər oyun varsa, o qədər çox istirahət etmək lazımdır”.
Həyatda gənc həmkarlarının nə istədiklərini başa düşmədiyini deyən zəka sahibi şahmatda onları yaxşı anladığını bildirib. O, gənclərlə oynamağın çətin olduğunu qeyd edib.
Ş.Məmmədyarov son dəfə belə tez zamanda heç-heçəni dünya kubokunda Sergey Karyakinə qarşı oynayarkən etdiyini deyib. Şahmatçı onun üçün mövsümün əsas hissəsinin may ayından başlayacağını bildirib: “Belə turnirlərin çox olması mənim üçün normaldır. Bu il mənim ən çox oymayacağın il olacaq. Belə turnirlərdə hər bir oyun məndən enerji aparır. Çalışıram gücümü qoruyum. Heç-heçə vəziyyəti varsa, heç-heçə edirəm. Bu, nomaldır. Burada heç bir sir yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB