“ShamkirChess 2019” superturnirinin ilk turuna start verilib - FOTOLAR
Martın 31-də Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinə start verilib. SİA-nın məlumatına görə, əvvəlcə 31 mart azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Altıncı dəfə təşkil olunan turnirin birinci turunda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsen ilə üz-üzə gəlir. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuk ilə görüşür.
Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Sergey Karyakin çinli Dinq Liren, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə qarşılaşırlar.
Turda ilk gedişi Maqnus Karlsen və Teymur Rəcəbovun partiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib.
Qeyd edək ki, SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Synergy Group”un tərəfdaşlığı ilə keçirilən XXII kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FIDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. XXII kateqoriyalı superturnirin reytinq favoriti Norveç təmsilçisi Maqnus Karlsendir. Hazırkı dünya çempionu Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2845 xalla 1-ci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət “Shamkir Chess 2019”a aprelin 9-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB