Martın 31-də Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” superturnirinin ilk turnirinin partiyaları keçiriləcək. SİA-nın məlumatına görə, ilk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka rəqib olub.
Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalovla, rusiyalı Sergey Karyakin çinli Dinq Lirenlə, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə qarşılaşacaq.
Qeyd edək ki, 9 turdan ibarət “Shamkir Chess 2019”a aprelin 9-da yekun vurulacaq.
Müəllif: Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB