"Barselona"dan növbəti qələbə

"Barselona"dan növbəti qələbə

"Barselona" futbol üzrə İspaniya La Liqasında növbəti oyununu keçirib. Kataloniya klubu 29-cu turda doğma meydanda "Espanyol"la qarşılaşıb. Matç Ernesto Valverdenin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Espanyol" - 2:0
Qollar: Messi, 71, 89

Bu qələbə ilə xalını 69-a yüksəldən Kataloniya təmsilçisi liderliyi möhkəmlədib."Atletiko"a 56 xalla 2-ci, "Real" 54 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə