Maqnus Karlsen: "Dünya şahmat tacına iddiaçılar 30-40 yaşlı idmançılardır"
"Çalışacağam ki, turnirdə yaxşı çıxış edim. Yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar. Şahmatsevərlər maraqlı partiyalar gözləyir". SİA-nın məlumatına görə, bu sözləri martın 30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində tanınmış qrossmeyster, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə şahmat üzrə ənənəvi “Shamkir Chess 2019” beynəlxalq superturnirinə həsr olunmuş mətbuat konfransında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.
O qeyd edib ki, uşaqlıqdan Vüqar Həşimovla dəfələrlə üz-üzə gəlib: "Uşaq yaşlarında o daha tanınmış idi. Etiraf etməliyəm ki, görüşlərin əksəriyyəti V.Həşimovun xeyrinə yekunlaşıb".
Avropa və dünya çempionatlarına qatıla bilməməsinin turnirlərin təqviminin gec açıqlanması ilə əlaqədar olduğunu bildirən Ş.Məmmədyarov “Shamkir Chess” superturnirinin favoriti Maqnus Karlsenin qatıldığı turnirlərin daha baxımlı olduğunu deyib.
Son illər dünya şahmatında xüsusi inqilabın baş vermədiyini diqqətə çatdıran norveçli Maqnus Karlsen dünya şahmat tacına iddiaçıların 30-40 yaşlı idmançıların olduğunu qeyd edib. V.Həşimovla partiyalarını xatırlayan dünya çempionu rəqibinin aqressiv oyun nümayiş etdirdiyini diqqətə çatdırıb.
Teymur Rəcəbov isə V.Həşimovun çox istedadlı şahmatçı olduğunu, partiyalarının isə daha çox heç-heçə yekunlaşdığını bildirib.
Digər şahmatçılar da V.Həşimovla bağlı xatirələri və partiyaları barədə danışıb, turnirin əhəmiyyətini yüksək qiymətləndirib və yarışda qarşılaşmaların gərgin idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB