"ShamkirChess 2019"un püşkü atılıb

"ShamkirChess 2019"un püşkü atılıb

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin püşkü atılıb. SİA-nın məlumatına görə, ilk turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Aleksandr Qrişuka rəqib olub.

İlk turun cütlükləri:

Aniş Giri (Hollandiya) - Veselin Topalov (Bolqarıstan)
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)
Alekandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Teymur Rəcəbov (Azərbaycan) - Maqnus Karlsen (Norveç)
Vişvanatan Anand (Hindistan) - David Navara (Çexiya)

Qeyd edək ki, 9 turdan ibarət "ShamkirChess 2019"a aprelin 9-da yekun vurulacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə