Rövnəq Abdullayev: "İnter" turnir ərzində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq kuboku qazanmağa layiq olduğunu nümayiş etdirdi"

Rövnəq Abdullayev: "İnter" turnir ərzində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq kuboku qazanmağa layiq olduğunu nümayiş etdirdi"

"İnter" klubunun Rusiyada keçirilən "Birlik kuboku"nun qalibi olması münasibətilə AFFA prezidenti Rövnəq Abdullayev assosiasiyanın rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı AFFA prezidentinin fikirlərini nəzərinizə çatdırır: "İnter" klubunu "Birlik kuboku"nda qazandığı qələbə münasibətilə Azərbaycan futbol ictimaiyyəti adından təbrik edirəm. "İnter" turnir ərzində keçirdiyi bütün oyunları qələbə ilə başa vuraraq kuboku qazanmağa layiq olduğunu nümayiş etdirdi. Ümid edirəm ki, "İnter" bundan sonra da beynəlxalq turnirlərdə yüksək səviyyədə çıxış edərək qazandığı qələbələrlə hər birimizi sevindirəcək".

Xatırladaq ki, "Birlik kuboku"nun 1/2 final mərhələsində keçirilən "İnter" - "Zenit" oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev "İnter"in üzvləri ilə görüşmüş, qazandığı qələbələr münasibətilə komandanı təbrik edərək, uğurlar arzulamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə