Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "Birlik Kuboku"nun final matçtı keçirildi. Siasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu "İnter" Belarus çempionatının gümüş medalçısı "Şaxtyor" ilə qarşılaşdı. Oyunun əsas vaxtında qapılara qol vurulmadı. Əlavə olunmuş hər iki vaxtda da azarkeşlər qol görmədilər və oyunun taleyi penaltilərlə həll olundu. "İnter" penaltilərdə 6:5 hesabı ilə qələbə qazandı və "Birlik Kuboku"nun qalibi oldu.
Qeyd edək ki, 2006-cı ildə "Neftçi", 2008-ci ildə isə "Xəzər Lənkəran" "Birlik Kuboku"nun qalibi olmuşdu.
Birlik kuboku
Final
İnter (Azərbaycan) - Şaxtyor (Belarus) 6:5 (penaltilərdə)
Penaltilər:
Karlsons - 1:0
Sitko - 1:1
Assioli - 2:1
Rojkov - 2:1 (Qapıçımız topu qaytardı)
Çervenka - 3:1
Kolomıç - 3:2
Kandelaki - 3:2 (Rəqib topu qaytarır)
Petrov - 3:3
Zlatinov - 3:3 (Rəqib topu qaytadı)
Polyakov - 3:3 (Qapıçımız topu qaytadı)
Çertoqanov - 4:3
Kurskis - 4:4
Levin - 5:4
Leonçik - 5:5
Mjavandze - 6:5
Qrenkov - 6:5 (Top qapıdan aralı keçdi)
Peterburq İdman Konsert Kompleksi
Heyətlər:
"İnter": Georgi Lomaya, Arif Daşdəmirov, Valeri Abramidze, Vladmir Levin, İlya Kandelaki, Aleksandr Çertoqanov, Bronislav Çervenka, Petar Zlatinov, Dmitri Kruqlov, David Obikadze, Girts Karlsons.
"Şaxtyor": Kurskis, Kolomiç, Çeledinski, Yanuşkeviç, Polyakov, Rojkov, Leonçik, Qrenkov, Sitko, Alumona, Rios.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB