Bakı Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək

Bakı Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək

Azərbaycan kişilər və qadınlar arasında bilyard üzrə Dünya Kuboku yarışlarının dördüncü mərhələsinə ev sahibliyi edəcəkdir. SİA-nın xəbərinə görə, bilyardın "sərbəst piramida" növü üzrə turnir oktyabrın 8-18-də keçiriləcəkdir.

Azərbaycan Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanov bildirib ki, Dünya Kubokunun mərhələ yarışı Bakı Olimpiya Mərkəzində keçiriləcəkdir. Turnirdə dünyanın 35 ölkəsindən 90 idmançı iştirak edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə