"Bavariya"nın futbolçusu Jerom Boatenq bu mövsümün sonu Münhen klubundan ayrıla bilər. Bu barədə Almaniya mətbuatı yazır. Məlumatda deyilir ki, Bundesliqa təmsilçisi növbəti mövsüm üçün "Atletiko"nun futbolçusu Lukas Hernandesi transfer etdiyi üçün 30 yaşlı oyunçu ilə yolları ayırmağa hazırdır. "Bavariya" yayda 50-60 milyon avroya alman futbolçunu satmağı planlaşdırır. Qeyd edək ki, Boatenq bu mövsüm Münhen təmsilçisində 23 matçda 2 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB