“Naxçıvan Open” şahmat festivalı keçiriləcək

“Naxçıvan Open” şahmat festivalı keçiriləcək

Mayın ilk həftəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” şahmat festivalı start götürəcək. SİA-nın məlumatına görə, ənənəvi şahmat festivalının “A” turnirində 2250-dən yuxarı, “B” turnirində isə ondan aşağı reytinqli şahmatçılar mübarizə aparacaqlar. “C” turnirində isə uşaqlar güclərini sınayacaqlar. Festival çərçivəsində mayın 6-da blits turnir keçiriləcək.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olan yarışa mayın 10-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə