Futzal millimizdən rüsvayçı məğlubiyyət

Futzal millimizdən rüsvayçı məğlubiyyət

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununa çıxıb. Komandamız Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən görüşdə Hollandiya ilə qarşılaşıb. Oyun hollandların 6:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, yığmamız ilk görüşdə Kiprə 1:7 hesabı ilə uduzub. Hollandiya isə Sloveniyaya 5:4 hesabı ilə qalib gəlib.

28 mart

Avropa çempionatının əsas mərhələsi

Hollandiya – Azərbaycan - 6:1
Qollar: Kevin Van Londen, (05:21); (10:16); Faikal Amheye, (21:03); Mohamed Saber Ben Khalou, (23:36); Nabil Azzanagui, (30:25); Fabian Hendriks, (39:40) - Kənan Əsədli, (22:10)

Bütün xəbərlər Facebook səhifəmizdə