"Tottenhem"in futbolçusuna orden verildi

"Tottenhem"in futbolçusuna orden verildi

Futbol üzrə İngiltərə millisinin və "Tottenhem"in futbolçusu Harri Keynə Britaniya imperiyasının ordeni təqdim olunub. "Sky Sports" xəbər verir ki, medalı 26 yaşlı hücumçuya şahzadə Uilyam verib. O, futboldakı nailiyyətinə görə mükafatlandırılıb. Qeyd edək ki, DÇ- 2018-də 6 qolla mundialın bombardiri adını qazanan Harri Keyn komandasının yarımfinala qədər irəliləməsində böyük rol oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə