Sulşer 2022-ci ilədək “Mançester Yunayted”i çalışdıracaq

Sulşer 2022-ci ilədək “Mançester Yunayted”i çalışdıracaq

İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi Ole Qunner Sulşer komanda ilə yeni müqavilə imzalayıb. Klubun saytında yer alan məlumata görə, yeni müqaviləyə əsasən, 46 yaşlı mütəxəssis 2022-ci ilin yayınadək Mançester təmsilçisini çalışdıracaq.

Sulşer ötən ilin dekabrından “Mançester Yunayted”ə müvəqqəti baş məşqçi təyin olunub. O, portuqaliyalı Joze Mourinyonu əvəzləyib. Onun rəhbərliyi altında komanda 19 görüşün 14-də qələbə qazanıb. Mançester təmsilçisi hazırda İngiltərə çempionatında 30 oyundan sonra 58 xalla 5-ci pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında isə “Mançester Yunayted” dörddəbir final mərhələsində “Barselona” ilə görüşəcək. Görüşlər aprelin 10-da və 16-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə