"Qarabağ" klubu Antalyada keçirdiyi təlim-məşq toplanışınının 13-cü günündə xoş sürprizlə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, klubun başqanı Tahir Gözel işlərinin çoxluğuna baxmayaraq, Antalyada "Qarabağ"ı ziyarət etməyə vaxt tapıb. Tahir bəyin ziyarəti xoş bir təsadüflə də üst-üstə düşüb. Belə ki, Antalyada olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və bir qrup jurnalist də komandanı ziyarət edblər. Beləliklə, "Qarabağ"ın bütün heyətinin və qonaqların iştirakı ilə olduqca səmimi və maraqlı görüş baş tutub.
Görüşdə ilk olaraq komandanın başqanı Tahir Gözel danııb. Tahir bəy öncə 20 yanvar şəhidlərini anaraq, onların xatirəsini ehtiramla yad edib. Ardınca "Qarabağ" haqqında danışan Tahir bəy komandanının get-gedə böyüdüyünü, hədəflərinin yüksəldiyini bildirdi. "Qarabağ"la fəxr etdiyini, bu il də komandadan nəticə gözlədiyini bildirən başqan sonuna qədər klubun arxasında olduğunu bildirib.
Ardınca PFL-in prezidenti Ramin Musayev danışıb. R. Musayev bütün Azərbaycanın "Qarabağ"la qürur duyduğunu və hər kəsin qəlbində bir "Qarabağ" sevgisinin olduğunu bildirib. PFL prezidenti özəlliklə, jurnalsitlərin onunla söhbətində "Qarabağ"ı tənqid etmək istəmədiklərini də etiraf edildiyini bildirib. Ramin bəy futbolçulara Tahir bəyin böyük ürəyindən, Qurban müəllimin futbol biliyindən yararlanmağı məsləhət görüb.
Q.Qurbanov isə müəllim də öz nitqində "Qarabağ"ın hazırlığından danışıb. Getdikcə, daha yaxşı çalışdıqlarını və komandaya daha çox güvəndiyini bildirən Q.Qurbanov sonda yaxşı nəticəyə ümid etdiklərini bildirib.
Sonra media mənsubları öz suallarını Tahir bəyə ünvanlayıblar. Bir zamanlar "kəmərləri bərkidin, "Qarabağ" gəlir" şüarını bu il üçün də təkrar edə bilərsinizmi sualına başqan belə cavab verib: "Bəli, mən sözümün arxasında dururam. "Qarabağ" gəlir, amma sadəcə bu il üçün deyil. O, hər zaman gələcəyə irəliləyir. Bizim 15 yaşlılarımız, 13 yaşlılarımız ümumiyyətlə, gənclərimiz sabaha inamla addımlamağımıza güc verir".
Başqa bir media mənsubu isə "Qarabağ"ın son 2 ildə oynadığı futbolla "Qafqazın Barselona"sı ləqəbini qazandığını, belə komandadan daha böyük hədəflər – qrup mərhələsi, qrupu adlamaq kimi hədəflər gözlədiyini bildirib. Tahir bəy də bu hədəflərə inandığını və "Qarabağ"ın buna qadir olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB