Azərbaycan idmançıları Aşihara Karate növü üzrə Türkiyənin Antalya şəhərində baş tutan yeniyətmələr, gənclər və böyüklər arasında keçirilən Avrasiya Çempionatında iştirak ediblər. SİA xəbər verir ki, turnir mart ayının 20-dən 24-nə qədər davam edib. Ümumilikdə 20 ölkədən 220 idmançının iştirak etdiyi turnirdə azərbaycanlı idmançılar uğurlu nəticə göstərməyi bacarıblar.
11 idmançı ilə çempionatda təmsil olunan Azərbaycan 6 qızıl, 4 gümüş və 1 bürünc olmaqla 11 medal qazanıb. Beləliklə, turnirdə iştirak edən bütün idmançılar evə medalla qayıdıblar.
Bundan əlavə, Aşihara Karate Federasiyasının prezidenti və baş məşqçi Maarif Bağırovun sözlərinə görə döyüşçülər arasında 60 kq çəkidə mübarizə aparan Musa Musazadə yarışın ən gözəl usta döyüşçüsü kubokuna layiq görülüb.
Çempionatda böyüklər arasında Musazadə Musa, Məmmədzadə Namiq, Rəhimov Fərman, uşaq və yeniyetmələr arasında Hüseynov Rauf, Vəliyev Ülfət, Əsgərov Məhəmməd qızıl, Qafarov Natiq, Qasımov Rəhman, Babayev Azim, Həsənov İlkin gümüş, Quliyev Rauf bürünc medala layiq görülüb.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən Federasiya, 2002-ci ildən dünya çempionatlarına qatılır. Bu günə qədər bir sıra beynəlxalq yarışlarda nailiyyətlər əldə edib.
Əlbəyaxa (ful kontakt) döyüş növü olan bu karate növünün inkişafı gənclərimizin sağlam, döyüşkən, mübariz ruhda formalaşması üçün geniş imkanlar açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB