Futbolçuların şərəfinə ucaldılan ən böyük heykəl hazırlanacaq

Futbolçuların şərəfinə ucaldılan ən böyük heykəl hazırlanacaq

Argentinanın “River Pleyt” klubunun rəhbərliyi baş məşqçi Marselo Qalyardoya heykəl qoymağı planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, heykəl bu ilin dekabrında ucaldılacaq. “River Pleyt”in Libertadores Kubokunda “Boka Xuniors” üzərində qələbəsinin bir ili dekabrda tamam olur. Klubun ev stadionu “Monumental”ın yaxınlığında qoyulacaq bürünc abidənin hündürlüyü 6,70 metr, çəkisi isə 6,3 ton olacaq. Bu, bütün dünyada futbolçuların şərəfinə ucaldılan ən böyük heykəl kimi tarixə düşəcək. Abidənin hazırlanmasına klubun azarkeşləri də maddi yardım göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə