"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Malkom yenidən "İnter"in hədəfinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Milan klubu keçən il əldə edə blmədiyi futbolçunu heyətinə gətirməkdə israrlıdır.
Qeyd edək ki, "Barselona" ötən il Malkomu "Bordo"dan transfer edib. Kataloniya təmsilçisi onun transferinə 41 milyon avro ödəyib. Braziliyalı indiki klubunda müxtəlif turnirlərdə 15 oyunda meydana çıxıb və 3 qol vurub. O, La Liqada keçirdiyi 8 matçın isə heç birində fərqlənə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB