UEFA Ukrayna Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb

UEFA Ukrayna Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb

UEFA Ukrayna Futbol Federasiyasına qarşı araşdırmalara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurum Portuqaliya və Lüksemburqun federasiyaları tərəfindən edilən şikayətlər əsasında buna qərar verib. Adıçəkilən federasiyalar Ukraynanın braziliyalı futbolçu Juinior Moraesi milliləşdirərkən FİFA-nın tələblərini pozduğunu əsas gətirirlər.

Qeyd edək ki, Ukrayna yığması AÇ-2020-nin seçmə mərhələsində Portuqaliya və Lüksemburqla oyunlarda yeni milliləşdirdiyi braziliyalı Junior Moraesi oynadıb. Əgər məsələ sübut edilsə, Ukraynaya hər iki oyunda texniki məğlubiyyət veriləcək. Komanda 2 oyundan sonra 4 xalla qrup lideridir.

Bütün xəbərlər Facebook səhifəmizdə