"Bavariya" "Atletiko"nun futbolçusunu transfer edib

"Bavariya" "Atletiko"nun futbolçusunu transfer edib

"Bavariya" "Atletiko"nun futbolçusu Lukas Hernandesi transfer edib. Klubun saytında yer alan xəbərə görə, 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, iyulun 1-dən Münhen təmsilçisinin oyunçusu olacaq. Almaniya mətbuatı bu transfer üçün "Bavariya"nın 80 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, L.Hernandes 2014-cü ildən Madrid klubunda oynayır. Fransa millisinin üzvü bu mövsüm La Liqada 14 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə