Həbib Nurmaqomedov sentyabrda döyüşə çıxacaq

Həbib Nurmaqomedov sentyabrda döyüşə çıxacaq

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi Həbib Nurmaqomedov titulunu qorumaq üçün 2019-cu ilin sentyabrında döyüşə çıxacaq. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt “MMA News” portalına bildirib.

Xatırladaq ki, ABŞ-ın Nevada ştatının atletika komissiyası (NSAC) UFC çempionu Həbib Nurmaqomedovu Las-Veqasda baş tutan “UFC 229” turnirində irlandiyalı Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə doqquz ay müddətinə diskvalifikasiya edib. O, idman yarışlarından kənarlaşdırılmaqla yanaşı, həm də 500 min dollar məbləğində cərimələnib. Reklam çarxlarına çəkiləcəyi təqdirdə diskvalifikasiya müddətinin altı aya qədər azaldılacağı barədə şərti isə H.Nurmaqomedov qəbul etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə