"Marca": Sadio Mane "Liverpul"u tərk edir

"Marca": Sadio Mane "Liverpul"u tərk edir

"Liverpul"un futbolçusu Sadio Mane gələcəyi ilə bağlı qərarını verib. "Marca"nın yaydığı xəbərə görə, 26 yaşlı yarımmüdafiəçi onunla maraqlanan "Real"a keçmək qərarına gəlib. Manenin Madrid klubunun baş məşqçisi Zinəddin Zidanın rəhbərliyi altında oynamaq istədiyi iddia olunub. Bundan başqa, seneqallı oyunçu İngiltərə təmsilçisindəki karyerasının sona yaxınlaşdığını hesab edir.

Qeyd edək ki, Mane bu mövsüm 38 matçda 20 qol vurub, 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə