Ronaldo İspaniyaya gedib

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo İspaniyaya gedib. Xarici KİV-lərin yazdığına görə, "Avro-2020"nin seçmə mərhələsinin ikinci turunun Serbiya ilə oyununda (1:1) zədələnən Portuqaliya millisinin üzvü tibbi müayinədən keçmək üçün Barselonaya yollanıb. Oradakı ətraflı müayinədən sonra 34 yaşlı futbolçunun durumu dəqiqləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə