Argentina millisinin heyətində zədə alan “Barselona”nın hücumçusu Lionel Messi məşqlərə başlayıb. Klubun rəsmi saytında yer alan məlumata görə, kapitan Kataloniya təmsilçisinin bugünkü hazırlığında iştirak edib. O, komanda ilə birgə çalışıb. Zədədən əziyyək çəkən digər hücumçu Luis Suares isə hazırlığın ilk hissəsində məşq edib. Xatırladaq ki, Venesuela ilə oyunda qasıq nahiyəsindən zədə alan Messi Mərakeşlə yoxlama matçını buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB