Kamran Ağayev zədəsini sağaldıb

Kamran Ağayev zədəsini sağaldıb

"Keşlə"nin qapıçısı Kamran Ağayev zədəsini sağaldıb. SİA-nın məlumatına görə, ayağındakı zədəyə görə Azərbaycan Premyer Liqasının XXI turunda "Zirə" ilə qarşılaşmada komandasına kömək edə bilməyən qolkiper artıq məşqlərə başlayıb. Onun adı "Neftçi" ilə görüşün iştirak ərizəsində yer alacaq.

Qeyd edək ki, Kamran Ağayev ayağındakı zədəyə görə milli komandadan da kənarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə