Aprelin 2-də Bəhreyndə keçiriləcək testlərin birinci günündə Mik Şumaxer ilk dəfə olaraq “Ferrari SF90” bolidinin sükanı arxasında oturacaq. Bu il Formula 2-də “Prema” komandasının şərəfini qoruyacaq almaniyalı yürüşçü, “Ferrari” Yürüş Akademiyasının dinləyicisi, həmçinin “Alfa Romeo”nun da sükanı arxasında testlərdə iştirak edəcək. SİA-nın məlumatına görə, testlərin ikinci günü Mik Şumaxeri sükan arxasında Sebastyan Fettel əvəzləyəcək.
Komandanın rəhbəri Mattia Binotto deyib: “Biz “Ferrari” Yürüş Akademiyasının istedadlı gənc yürüşçülərin hazırlanmasına istiqamətlənən yüksək səviyyəli proqram olmasına əminik. Şarl Leklerlə müqavilənin bağlanması qərarı bunu sübut edir. Buna görə də biz Mik və Kalluma Formula 1 bolidinin sükanı arxasında oturmaq şansı verməyimizə çox şadıq.
Mik “Ferrari” Yürüş Akademiyasına yanvar ayında qoşulub, Kallum isə bizimlə 2017-ci ildən çalışır. Hər iki yürüşçünün karyerası yüksələn xətlə inkişaf edir. Hesab edirəm ki, Bəhreyndə və Barselonada keçiriləcək Formula 1 rəsmi testlərində “SF90” sükanı arxasında iştirak onlar üçün çox gözəl təcrübə olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB