İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsinin 2-ci turunda Lixtenşteyn üzərində 6:0 hesablı qələbə qazanıb. SİA-nın məlumatına görə, matçda dubl edən Fabio Kvalyarella İtaliya yığmasının tarixinə düşüb. Belə ki, o, İtaliya millisində qol vuran ən yaşlı futbolçu olub. Təcrübəli futbolçu 36 yaş 54 günlüyündə bunu bacarıb.
Kvalyarelladan öncə millidə qol vurmuş ən yaşlı futbolçu Kristian Panuççi idi (35 yaş 62 gün).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB