Zidan: "Transferlər barədə düşünməyə tələsmirəm"

Zidan: "Transferlər barədə düşünməyə tələsmirəm"

"Real"ın baş məşqçisi Zinəddin Zidan PSJ-nin forvardı Kilian Mbappenin “kral klubu”na mümkün keçidinə münasibət bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis 20 yaşlı futbolçunu heyətdə görmək istədiyini gizlətməyib: “Bütün yaxşı futbolçularla, o cümlədən Mbappe ilə işləməkdən zövq alaram. Lakin bu barədə danışmaq tezdir. "Real"ın prezidenti Florentino Pereslə Mbappe haqqında danışmamışam. Mətbuat yalan deyir. Hazırda əsas işim qalan 11 matçda qalib gəlməyə çalışmaqdır. Transferlər barədə düşünməyə tələsmirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə