Futzalçılarımız bu gün mübarizəyə başlayır

Futzalçılarımız bu gün mübarizəyə başlayır

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, Sloveniyanın Podçetrtek İdman Sarayında komandamız Kipr futzalçıları ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruchieviczdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə