Avropa çempionatının elit-raund mərhələsində Rumıniya yığması ilə keçirilmiş oyundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd açıqlama verib. SİA-nın məlumatına görə, gənc mütəxəssis 0:4 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib: "Komanda psixoloji cəhətdən çox yorğun idi. Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Bele demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik”.
Qeyd edək ki, millimiz qrupu 1 xalla sonuncu pillədə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB