Xorvatiya millisi macarlara uduzdu!

Futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura start verilib. Millimizin yer aldığı E qrupunda artıq bir oyun keçirilib. Yığmamızın istirahət etdiyi turda Slovakiya səfərdə Uelsin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Bu qrupun digər oyununda isə, Macarıstan yığması öz meydanında Xorvatiyanı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə