Türkiyə, Fransa və Portuqaliya seçmə mərhələdə ilk oyunlarını keçirəcək ANONS

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində I turun digər qarşılaşmaları keçiriləcək. SİA-nın məlumatına görə, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.

Öncə A qrupunda Bolqarıstan Monteneqronu qəbul edəcək. Qrupun digər matçında İngiltərə "Uembli" stadionunda Çexiya ilə üz-üzə gələcək.

B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya evdə Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək. Digər oyunda isə Lüksemburq və Litva komandalarının dueli olacaq.

Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Şenol Güneşin baş məşqçilik etdiyi kollektiv Albaniyanın müqavimətini qırmağa çalışacaq.

AVRO-2020, seçmə mərhələ

I tur

A qrupu

21:00. Bolqarıstan – Monteneqro

23:45. İngiltərə - Çexiya

B qrupu

23:45. Lüksemburq – Litva

23:45. Portuqaliya – Ukrayna

H qrupu

23:45. Albaniya – Türkiyə

23:45. Andorra – İslandiya

23:45. Moldova – Fransa

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə