Artıq "Fənərbaxça"nın ispaniyalı ulduzu, "oxçu" ləqəbli Daniel Quiza İspanyaya qayıtmaq üçün bütün riskləri göz önünə almağa hazır olduğunu ucadan bəyan etməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"lı futbolçu İspaniyanın "Marca" qəzetinə verdiyi müsahibədə açıq şəkildə bildirib ki, o bu yaxınlarda yenidən İspaniyaya qayıtmaq istəyir və bunun üçün hər şeyi göz önünə almağa, həttda istənilən məbləğdəki pulundan belə keçməyə hazırdır.
Futbolçu, həttda "Fənərbaxça" rəhbərliyinin hansı reaksiya verməsindən asılı olmayaraq doğma komandası olan "Mallyorka"ya qayıtmaqda israrlı olduğunu dilə gətirib. Aprelin 30-dək İstanbul klubu ilə müqaviləsi olan ispaniyalı futbolçunun açıqlamalarından belə görünür ki, həttda "Mallyorka"da az pul qazanmasına da razıdır ki, təki canını "Fənərbaxça"dan qurtarsın.
Qeyd edək ki, 2008-ci ildə Luis Araqonesin istəyi ilə "Mallyorka"dan "Fənərbaxça"ya transfer olunan ispaniyalı futbolçu burada yalnız zədə və uğursuz futbol oynaması ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB