AÇ-2020-nin seçmə mərhələsində martın 21-də, Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb. SİA siyahını nəzərinizə çatdırır:
20 mart
Xorvatiya milli komandası
Saat 17:15. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi “Maksimir” stadionunda təşkil olunacaq.
Tədbirlərin saatı yerli (Xorvatiya) vaxtla göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB