Futbol üzrə UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, "Çelsi"nin hücumçusu Olivye Jiru ən yaxşı seçilib. O, səsvermədə Pyer-Emerik Obameyanq ("Arsenal"), Jonas ("Benfika") və Tomaş Souçeki ("Slaviya") qabaqlayıb.
Qeyd edək ki, Jiru 1/8 finalın Kiyev "Dinamo"su ilə cavab görüşündə (5:0) het-trikə imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB