Mehmet Topal 3 həftə meydanlardan uzaq qalacaq

Mehmet Topal 3 həftə meydanlardan uzaq qalacaq

“Fənərbaxça”nın futbolçusu Mehmet Topalın zədəsi ciddidir. Türkiyə mətbuatının yazdığına görə, tibbi müayindən keçən təcrübəli müdafiəçinin ayaq əzələsində yırtıq aşkarlanıb. Onun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Superliqanın 24-cü turunda “Rizəspor”la görüşdə zədələnən futbolçu bu səbəbdən Türkiyə millisinə də dəvət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə