“Neftçi”nin futbolçusu Qvineya millisinə çağırılıb

“Neftçi”nin futbolçusu Qvineya millisinə çağırılıb

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasına dəvət olunub. Klubun saytında yer alan məlumatda deyilir ki, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində martın 20 və 24-də Seneqal yığması ilə keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Mamadu Kane bu mövsüm “Neftçi”nin heyətində 4 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə