Xorvatiya yığmasının futbolçusu Marko Pyatsa əməliyyat olunub. “Fiorentina”nın 24 yaşlı yarımmüdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Zədə səbəbindən AÇ-2020-nin seçmə mərhələsində millimiz və Macarıstanla görüşləri buraxacağı daha əvvəldən məlum olan futbolçu 6 ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycan, 24-də isə Macarıstanla qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB