Maykl Essyen "Səbail" ilə müqavilə imzalayıb

Maykl Essyen "Səbail" ilə müqavilə imzalayıb

Qanalı futbolçu Maykl Essyen "Səbail" ilə müqavilə imzalayıb. SİA-nın məlumatına görə, bu barədə İndoneziya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 37 yaşlı orta sahə oyunçusu paytaxt klubu ilə danışıqları yekunlaşdırıb. Tərəflər arasında razılığa əsasən, müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

Maraqlıdır ki, həmkarlarımız Essyenin "Səbail"də təkcə futbolçu kimi çalışmayacağını vurğulayıblar. Yerli KİV-in yazdığına əsasən, bakılılar sabiq "Çelsi"nin xidmətindən məşqçi kimi də yararlanacaq. Belə ki, o, həmçinin U-19 komandasında köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək.

Qeyd edək ki, karyerası ərzində "Çelsi", "Real Madrid", "Milan" kimi nəhəng klublarda oynamış Maykl Essyenin son komandası İndoneziya təmsilçisi Persib Bandung olub.

Bütün xəbərlər Facebook səhifəmizdə