Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışlarının ilk qalibi müəyyənləşib. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən turnirdə kişilərin sərbəst hərəkətlər üzrə yarışında İsrail təmsilçisi Artyom Dolqopyat 15,066 xalla dünya kuboku yarışlarının qalibi olub.
İsveçrəli Pablo Brigger 14,566 xalla ikinci, İspaniya gimnastı Rayderley Zapata isə 14.500 xalla üçüncü yerdə qərarlaşıblar.
Azərbaycan gimnastı Murad Ağarzayev 13,800 xalla altıncı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB