Martın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Baku Open” beynəlxalq karate turniri start götürüb. SİA-nın məlumatına görə, yarışda Azərbaycan karateçiləri ilə yanaşı, Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Ukrayna, Gürcüstan, Avstriya, Yaponiya, Qazaxıstan və İran komandaları da iştirak edirlər.
Fərdi kata və kumite yarışlarının birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparırlar. Martın 15-də 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Martın 16-da 14-15 yaşlı yeniyetmələr, bir gün sonra isə 6-13 yaşadək uşaqlar qarşılaşacaqlar.
Turnirin açılış mərasimi martın 15-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB