Masallı və Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları keçirilir
Masallı şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Yunan-Roma və sərbəst güləş üzrə rayon birinciliyi keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 1997-1998-ci il təvəllüdlü 250 idmançı qələbə uğrunda mübarizə aparır.
Lənkəran şəhərindəki "Gənclər evi"ndə isə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idmanın cüdo növü üzrə açıq rayon birinciliyinə start verilib. Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə müxtəlif çəki dərəcələrində 40 idmançı mükafatlar uğrunda yarışır.
Qaliblərə rayon gənclər və idman idarəsinin diplomları və hədiyyələri təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB