Yurgen Klopp: “Bavariya”ya məhz “Liverpul” ilə qalib gəlmək istəyirdim”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında “Bavariya” üzərində qələbədən (3:1) sonra fikirlərini bölüşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çalışdırıcı komandasından razı qaldığını deyib: “Belə matçlarda rahat nəfəs almaq mümkün deyil. Layiqli qələbə qazandıq. “Bavariya” ilə səfər matçları həmişə çətin olur. Burda 1 oyunda 3 qol vurmaq asan deyil. Müdafiədə əla oynadıq. Adətən, Çempionlar Liqasının səfər matçlarında güclü müdafiə olunmuruq. Bu dəfə bacardıq. Qələbə vacib idi. Daha iki qol vurmaq mümkün idi. Salah şansı əldən verdi. Van Dayk haqqında nə deyə bilərəm ki? Onun bacarığı, güclü tərəfləri və möhtəşəm xarakteri ilə bağlı kitab yaza bilərəm. Bütün futbolçularımla qürur duyuram. Fanatlarımıza gözəl futbol gecəsi yaşatdıq. “Bavariya”ya məhz “Liverpul” ilə qalib gəlmək istəyirdim. Buna nail oldum. Növbəti mərhələdə kiminlə qarşılaşacağımızın fərqi yoxdur”.
Qeyd edək ki, oyunda “Bavariya” “Liverpul”a 1:3 hesabı ilə məğlub olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB