Azərbaycan komandası İran yığması ilə heç-heçə edib

Azərbaycan komandası İran yığması ilə heç-heçə edib

Martın 13-də Astanada kişi şahmatçılar arasında komandalararası dünya çempionatının səkkizinci turunun oyunları keçirilib. SİA xəbər verir ki, Azərbaycan millisi bu turda İran yığması ilə 2:2 hesablı heç-heçə edib.

Qeyd edək ki, ötən turda komandamızın Hindistan yığması ilə görüşü də eyni hesabla başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə