Xorvatiyalı gimnast: "Bakıda idmançılar üçün hər cür şərait yaradılıb"
Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanacağıma ümid edirəm. Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, bu sözləri xorvatiyalı gimnast Tin Srbiç deyib.
Gimnast qeyd edib ki, qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Azərbaycana ikinci dəfədir gəlirəm. Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb. Arena çox böyükdür, çoxlu tamaşaçı gəlib yarışlara baxa bilər. Xorvatiyada zallarımız çox kiçikdir.
Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG dünya kuboku yarışları keçiriləcək. Dördgünlük turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar uğrunda isə 121 kişi və 49 qadın idman gimnastı mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB