Soni Mustivar Haiti millisinə dəvət alıb

Soni Mustivar Haiti millisinə dəvət alıb

“Neftçi” klubunun futbolçusu Soni Mustivar Haiti milli komandasına dəvət olunub. Klubun rəsmi saytında yer alan məlumata görə, martın 17-dən 25-dək yığmanın düşərgəsində olacaq 29 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqası çərçivəsində martın 24-də keçiriləcək Kuba ilə ev oyununa çağırılıb. Qeyd edək ki, Soni Mustivar Haiti milli komandasının heyətində 15 oyun keçirib, 2 qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə