Kriştiano Ronaldo isə, UEFA Çempionlar Liqasında het-triklərinin sayını 8-ə çatdıraraq Lionel Messinin rekorduna şərik olub.
Belə ki, 34 yaşlı portuqaliyalı hücumçu martın 12-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İspaniyanın “Atletiko Madrid” komandası ilə keçirilən cavab qarşılaşmasında 3 qol vurub. Kriştiano Ronaldo bu het-triklə çempionatda ən çox het-trik edən “Barselona”nın argenitanlı hücumçusu Lionel Messinin rekorduna çatıb. Onların ən yaxın izləyicilərinin aktivində 3 het-trik var. Qeyd edək ki, portuqaliyalı hücumçu 2018-ci ilin yayında “Real Madrid”dən Turin təmsilçisinə transfer olunub. O, cari mövsümdə 36 oyunda 19 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB