Emil Balayev milliyə çağrılıb

Emil Balayev milliyə çağrılıb

Futbol üzrə milli komandamıza dəvət olunan daha bir futbolçunun adı açıqlanıb. SİA-nın məlumatına görə, baş məşqçi Nikola Yurçeviç Qazaxıstanın "Tobol" klubunda çıxış edən qapıçı Emil Balayevi qarşıdakı oyunlara dəvət edib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Emil martın 21-də "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə səfər, ayın 25-də Litva ilə evdə yoldaşlıq görüşlərinə çağırılıb.

Qeyd edək ki, Emildən əvvəl Alaniyanın "Proyysen" klubundan Rüfət Dadaşov, "Aue" komandasından Dmitri Nazarov və Rusiya "Krılya Sovetov"undan Ramil Şeydayev milliyə dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə