"Fənərbaxça" "Sivasspor"la matça itki ilə çıxacaq

"Fənərbaxça" "Sivasspor"la matça itki ilə çıxacaq

Türkiyə Superliqasının 25-ci turunun "Başakşəhər"lə səfər oyununda (1:2) zədələnən "Fənərbaxça"nın yarımmüdafiəçisi Matyu Valbuenanın durumuna ayınlıq gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən qarşılaşmada ayağından xəsarət alan fransız futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Digər zədəli Nabil Dirarın isə hələ də ağrılarının olduğu və bu səbəbdən 26-cı turda "Sivasspor"a qarşı oynamayacağı bildirilir. Əvəzində isə zədəsini yenicə sağaldan Mehmet Topal sıraya qayıdıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Sivasspor" oyunu martın 15-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com